Məşhur rəqqasə: “Erməni yüz il qala bu rəqsi oynaya bilməz”- QƏZƏB
Bizi izləyin

Magazin1

Məşhur rəqqasə: “Erməni yüz il qala bu rəqsi oynaya bilməz”- QƏZƏB

Ermənistan mədəniyyət nazirinin Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün YUNESKO qarşısında məsələ qaldırması tanınmış rəqqasələrimizi hiddətləndirib.

Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova ermənilərin hər zaman Azərbaycan musiqisindən oğurluq etdiyini bildirib: “Erməninin xislətində var ki, bizim musiqimizə, mətbəximizə tamah salsın və özünküləşdirsin. Bizim mahnıların və rəqslərin adlarını özlərinə uyğun formaya salmaq onların köhnə xüsusiyyətidir. “Köçəri” rəqsi xalqımıza məxsus rəqsdir və yallı elementlərindən ibarətdir. Bu rəqs ən çox Naxçıvanda Şərur bölgəsində yayılıb. Yadımdadır ki, 1983-cü ildə mən “Şərur” ansamblı ilə Polşada konsert verirdik. Həmin ansamblın rəqqas və rəqqasələri “Köçəri” rəqsini necə oynadılarsa, bütün zal dağılırdı”.

Xalq artisti onu da bildirib ki, bu rəqs insanı ruhlandıran rəqsdir: “Bu rəqs davul və zurnayla müşayiət olunur. Bu rəqsdə ayaq hərəkətləri əsas rol oynayır. Yallı formasında halay vurulur və oynanılır. “Köçəri” insana ruh yüksəkliyi verən vətənpərvər ruhlu rəqsdir. Erməni yüz il qala bu rəqsi oynaya bilməz, nə də adına çıxa bilər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm