Magazin1
“Nizami” kinoteatrı pulsuz xidmətə keçir
İyunun 12-dən 28-dək Nizami Kino Mərkəzinin qapıları "Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqların üzünə açıq olacaq. Belə ki, Nizami Kino Mərkəzi "Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı xüsusi repertuar hazırlayıb.
Filmlərin siyahısına milli bədii kinofilmlər "Nabat", "Çölçü", "Girov", "Ovsunçu", "Aktrisa", "İlahi məxluq" , "Hökmdarın taleyi", "40-cı qapı", "Axınla aşağı", "Dərvişin qeydləri", "Qafqaza qayıdış", "Sahə", "Niyyət", "Buta" daxil edilib.
Publika.az xəbər verir ki, kinomərkəz repertuarına xarici dilə tərcümə olunmuş tammetrajlı milli bədii filmləri və idman mövzusunda qısametrajlı və sənədli filmləri daxil edib.
Sənədli və qısametrajlı filmlər sırasında "Keçmişə qaçış", "Səhra boksçusu", "London səhnələri", "Səssiz idman", "Zirvədə həyat", "Oyundankənar", "Qalib", "Oyun sevgisi", "Slec xokkey", "Valeri Brumel", "Təşəkkür edirəm, doktor", "Top həm düşər, həm qalxar", "Həmişə analar günündə", "Çovqan", "Rəqs et" filmləri var.
Filmlər ingilis dilində subtitrlərlə təqdim olunacaq.
Qeyd edək ki, filmlər iyunun 12-dən 28-dək hər gun saat 17:00-da kinomərkəzin iki zalında pulsuz nümayiş olunacaq.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO