Magazin2
Cazibədar aktrisa Vladimir Putinlə nahar etmək istəyir - FOTOLAR
Amerikalı aktrisa Pamela Anderson Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ABŞ-dakı Rusiya səfirliyinə məktub ünvanlayıb. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Rusiya prezidenti ilə heyvanların və ətraf mühitin qorunması problemlərini müzakirə etmək arzusundadır.
Məktubda deyilir:
“Mənim səsim beynəlxalq aləmdə tanınır və mən səsimi bütün canlıların qorunması üçün istifadə etmək qərarına gəlmişəm.
Yəqin ki, nahar və ya şam süfrəsi arxasında görüşmək yaxşı olardı. Bu, mənə onunla ətraflı tanış olmağa imkan verəcək”.
Anderson məktubunda Rusiyanın Kanada məhsullarını boykot etmək təşəbbüsünü dəstəkləyib.
Aktrisa onu da vurğulayıb ki, əgər Vladimir Putinlə görüşmək mümkün deyilsə, onda o, Rusiyanın təbii sərvətlər və ekologiya naziri Sergey Donsk ilə görüşə razılaşar.
Qeyd edək ki, Pamela Anderson heyvanların hüquqları uğrunda fəal mübarizə aparan ən tanınmış Hollivud məşhurlarından biri sayılır. Əvvəllər ulduz "Malibu xilasediciləri" serialında çəkilib, PETA kampaniyalarda iştirak edib, həmçinin Kanadada balina sənayesinə qarşı çıxış edib.
Aytən
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO