Keyt Middlton şahzadə Diananın qiymətli tacını taxdı - - FOTO
Bizi izləyin

Magazin2

Keyt Middlton şahzadə Diananın qiymətli tacını taxdı - - FOTO

Keyt Middltonun şahzadə Dinanın qiymətli tacını taxdı

Dünən Britaniya kral ailələrinin ənənəvi bayram yeməyi təşkil olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə şahzadə Uilyam və Keyt Middlton, kraliça II Yelizaveta və şahzadə Filipp, hersoginya Kamilla ilə şahzadə Çarlz iştirak edib.

Fotolardan da görünür ki, kral ailəsinin üzvləri gecə üçün bütün saray protokolun ən yaxşı ənənələrinə uyğun olaraq fraklar və təmtəraqlı ziyafət libasları geyinib.

Kamilla və kraliça Yelizavetaya ağ, Keyt isə al-qırmızı libasa üstünlük verib. Ən qiymətli zinət əşyasını Kembric hersoginyası Keyt geyinib. Belə ki, o obrazını şahzadə Diananın məşhur tacı ilə tamamlayıb.

Məlumat üçün bildirək ki, sözügedən tac Britaniya krallığının ən mühüm zinət əşyalarından biridir. Kraliça II Yelizaveta 1981-ci ildə toy hədiyyəsi kimi şahzadə Dianaya bu tacı təqdim edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm