Fahriye Evcen Türkan Şoraydan danışdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Fahriye Evcen Türkan Şoraydan danışdı - FOTOLAR

Türkiyənin ən cazibədar aktrisalarından olan Fahriye Evcen “Hürriyet” qəzetinə maraqlı müsahibə verib.

Publika.az xəbər verir ki, müsahibədə həyata baxışından, aldığı təhsildən, karyerasından və çəkildiyi yeni reklamdan danışan Fahriye Evcən Türkan Şoraya bənzədilməsinə də münasibət bildirib.

Tanınmağa başladığı ilk günlərdən etibarən Türkan Şorayla müqayisə edilən ulduz bu yaxınlarda onunla birgə reklam çarxına çəkilib.

Reklam üçün saçlarını Türkan Şorayın saçlarının rənginə boyadan Fahriye ona oxşadılmaqdan qürur duyduğunu vurğulayıb:

"İkona olmaq üçün təsirli baxışlar və gülüş, xarizmatik üz və güclü xarakter lazımdır. Türkiyədə bu xüsusiyyətlərin toplandığı yeganə insan Türkan Şoraydır. Ona görə də əfsanəyə çevrilə bilib”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm