• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Cennifer Eniston: ““Oskar” gözləntim yox idi” – FOTOLAR

  • Magazin2
  • 20 Aprel 2015 13:45
  • 579 Baxış
Cennifer Eniston: ““Oskar” gözləntim yox idi” – FOTOLAR

Daniel Barnzın rejissorluğu ilə çəkilmiş, ssenarisi Patrik Tobinə aid olan "Cake" filminin baş rollarından birini oynayan Cennifer Eniston türkiyəli jurnalist Barbaros Tapana müsahibə verib.

Qeyd edək ki, Cennifer Eniston bu filmdə alışdığımız rollardan çox uzaq obraz canlandırıb. Filmdə yaşadığı acı hadisələrin nəticəsində ağır depressiyaya düşən və həyat ilə intihar qalmış qadın obrazını canlandırıb.

Publika.az sözügedən müsahibəni təqdim edir:

- Əvvəla, dram filmlərinin heyranı olaraq sizə onu demək istəyirəm ki, çox maraqlı iş görmüsünüz, təbriklər! Çox ağır bir rol canlandırmısınız. Bu rola necə hazırlaşmışdınız?

- Roluma hazırlaşmağa 2 ay vaxt lazım oldu. Həmin vaxt ərzində məşğələlər gedirdi. Rolu yaxşı ifa etmək üçün xarakterin fiziki görüntüsü çox əhəmiyyətli idi. Qəhrəmanın keçirdiyi qəza nəticəsində bədənində olan sınıqlar, yaraların qoyduğu zədələr, yerişi, hərəkətləri, bunlardan başqa ruhi vəziyyəti çox inandırıcı olmalı idi. Rolumu daha yaxşı dərk edə bilmək üçün bu kimi problemlər yaşamış insanlarla görüşdüm. Həkimlərlə danışdım, yəni, xeyli araşdırma apardım.

- Daha əvvəl sizi bu tip rollarda çox görməmişdik, sizcə, bu rol sizə doğru zamanda təklif edilib?

- Buna şərh vermək çətindir. Daha əvvəl dramatik rolda festival filmlərinə çəkilmişəm. Bu rol mənə təklif ediləndə özümə sual verməyə başladım, niyə daha əvvəl belə rollar oynamamışdım. Səbəbi nə idi? Bilmirəm...

- Bu iş ilə “Oskar”-a namizəd kimi göstərildiniz, amma təəssüf ki, ala bilmədiniz. Bunu necə izah edərdiniz?

- Sizin də dediyiniz kimi insanlar çox bəyəndi, amma bu işə başlayanda belə bir gözləntimiz yox idi. Bu, namizəd göstərdiyimiz bütün mükafatlar üçün də keçərlidir. Biz mükafat almaq üçün iş görmürük. Sadəcə, işimizi yaxşı görməyə çalışırıq. Biz öz işimizi layiqincə yerinə yetirməyə çalışmışıq, sonrası seçim məsələsidir.

- Türkiyədə sizin çoxlu sayda pərəstişkarlarınız var, bu film ilə bağlı onlara nələr demək istərdiniz?

- Məncə, bu filmi çox bəyənəcəklər. Həyatlarında bu tip problemlərlə mübarizə aparan insanların ruhi vəziyyətini daha yaxşı anladan, onlara qarşı baxış bucağı dəyişdirən, eyni zamanda ümidverici filmdir.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR