• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Filipp Kirkorov ilk dəfə uşaqlarını göstərdi - VİDEO/FOTO

  • Magazin2
  • 2 May 2015 04:47
  • 1 067 Baxış
Filipp Kirkorov ilk dəfə uşaqlarını göstərdi - VİDEO/FOTO

Rusiyanın xalq artisti Filipp Kirkorov ilk dəfə olaraq uşaqları ilə televiziyada görünüb. Alla-Viktoriya və Martin məşhur ataları ilə birlikdə Rusiyanın NAT telekanalında yayımlanan “Danışır və göstəririk” layihəsinin qonağı olublar. Müğənni verilişin aparıcısını evinə dəvət edərək, necə yaşadığını hər kəsə nümayiş etdirib.

Publika.az xəbər verir ki, son on ildə ilk dəfədir ki, Kirkorov evinə çəkiliş heyəti buraxır. Müğənni 10 il sonra uşaqlarını göstərməsinin səbəbini ailəsi ilə bağlı gedən söz-söhbətlərdən bezməsiylə izah edib.

Çəkiliş müğənninin 3 mərtəbəli villasında həyata keçirilib. Birinci mərtəbədə mətbəx və qonaq otağı, ikinci mərtəbədə müğənninin dayısı və xalasının otaqları, üçüncü mərtəbədə isə Kirkorov uşaqları ilə yaşayır. Müsahibə zamanı o da məlum olub ki, uşaqları dünyaya gətirən surroqat ana da ifaçının villasında yaşayır və onun adı Nataşadır. Bu haqda aparıcıya 3 yaşlı Alla-Viktoriya məlumat verib.

Müğənninin evinin divarları özünün şəkilləri, portret və mükafatları ilə bəzədilib. Evin yataq otağında isə Alla Puqaçovanın şəkli yer alıb. Kirkorov bunu belə şərh edib: “O, mənim muzamdır!”

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR