Cennifer Lopez həbs oluna bilər – VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin2

Cennifer Lopez həbs oluna bilər – VİDEO/FOTOLAR

Cennifer Lopezin keçən həftə Mərakeşin Rabat şəhərində verdiyi konsertin əks-sədalara hələ də davam edir.

45 yaşlı amerikalı ifaçının Mavazine Festivalı çərçivəsində verdiyi və TV-də də yayımlanan konserti ölkəni ayağa qaldırıb. O, milli televiziya vasitəsilə yayımlanan konsertdə həddindən çox açıq-saçıq rəqslər etməkdə və dar kostyumlar geyinməkdə ittiham olunur. Mərakeşdə bir qrupun iddiasına görə Lopez səhnədə nümayiş etdirdiyi şou və geyindiyi paltarlarla "qadınlıq ləyaqətini" ləkələyib. Ölkə mətbuatı Lopezin səhnədə göstərdiyi rəqslərini "açıq-saçıq, fitnəkar" deyə səciyyələndirmişdi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Cennifer Lopez Mərakeşdə ictimai asayışı pozduğu üçün 2 illik həbs cəzası ala bilər.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm