Bilgi.az
Qolsuz doğulan ana və oğulun həyatı – Fotolar
Qolları olmayan 35 yaşlı qadın bütün işləri ayaqları ilə görür.
Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, nadir rast gəlinən Holt-Oram sindromundan əziyyət çəkən Linda Bannon qolsuz dünyaya gəlib. Bütün bu çətinliklərə baxmayaraq, hər şeyə pozitiv yanaşdığını deyən Linda bütün işlərini ayaqları ilə görür. Ancaq Lindanın hekayəsi bununla yekunlaşmır. "24 yaşında ailə həyat quran Linda 2004-cü ildə övladını dünyaya gətirir.
Hamiləlik müddətində oğlunun da eyni sindroma yaxalandığını öyrənən ana buna rəğmən övladını dünyaya gətirməyə qərar verir. Balaca Timmi dünyaya gəldikdən sonra anası kimi hər işi ayağı ilə görməyi elə ondan öyrənməyə başlayır.
Linda Bannon: "Həyat yoldaşımla idman zalında tanış olmuşuq. Mənim özümə inamım onu valeh etmişdi. Oğlumun digər uşaqlardan heç bir fərqi yoxdur. Ev tapşırıqlarını yerinə yetirir, otağını nizamlayır və bütün bunların hamısını ayaqları ilə edir. Bəzən velosipedə minə bilmədiyi üçün əhvalı korlanır. Ancaq qısa müddət sonra hər şey qaydasına düşür. Öyrəndiyim hər şeyi oğluma da öyrətdim. Ayaqlarından istifadə edərək arxaya doğru da üzə bilir. Yeriməyi isə 2 yaşında öyrəndi. Digər uşaqlar kimi bir həyata sahib olmaq üçün heç bir əskikliyi yoxdur. O, çox pozitiv uşaqdır. Mən oğlumla fəxr edirəm"
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."