• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Tərk edilmiş yaşayış yerləri – FOTOLAR

  • Maraqlı
  • 18 Avqust 2014 14:25
  • 1 036 Baxış
Tərk edilmiş yaşayış yerləri – FOTOLAR

Təsəvvürünüzə gətirin ki, öz ana torpağınızı tərk edib, ora bir də heç zaman geri dönmürsünüz. Bir vaxt yaşadığınız torpaqların aqibəti necə olur? Vaxtilə çiçəklənən torpaqlar sakinləri tərəfindən tərk ediləndən sonra atılmış səhralığa çevrilir.

Publika.az minlərlə insanın vətəni olub, sonradan unudularaq tərk edilmiş ərazilərin fotolarını təqdim edir. Buraya İtaliyanın Krako kəndi də daxildir. Mel Gibsonun "İsanın ehtirası" filminin çəkilişləri burada aparılıb. 1892-1922-ci illərdə zəlzələ, torpaq sürüşməsi və kənd təsərrüfatının zəif inkişafı nəticəsində sakinlər ərazini tərk ediblər.

ABŞ-ın Bodi yaşayış məskənində isə 1960-cı ilədək insanlar məskunlaşıb. Hazırda muzeyə çevrilmiş yaşayış məskənindəki evlər olduğu kimi saxlanılıb, şkaflardakı məişət əşyaları da toxunulmaz qalıb.

Tərk edilmiş kənd və şəhərlər arasında Çinin su altda qalan "Şir Şəhəri" (şəhərin tikililərində şir heykəlcikləri üstünlük təşkil edir) və Norveçin Piramiden kəndi də daxildir. "Şir Şəhəri" 1300 il bundan qabaq salınıb və sakinlər buranı 1959-cu ildə tərk edilib. Çin hökuməti isə Sinyan Çay damba layihəsini gerçəkləşdirmək üçün "Şirlər Şəhəri"ni su altında qoymalı olub.

1910-cu ildə Şpitsbergen adasında əsası qoyulan Piramiden isə piramida formalı dağın şərəfinə adlandırılıb. Kömür şəhərində cəmisi 1000 nəfər yaşayıb. 1917-ci ildə Rusiya tərəfindən alındıqdan sonra kənd daha da inkişaf edib. Lakin Piramiden kəndində 1998-ci ildə sonuncu kömür çıxarıldıqdan sonra sakinlər buranı tərk ediblər.

Hindistanda yerləşən Mandu şəhərini sakinlər 400 il bundan qabaq tərk ediblər.


Amma Mavritaniyada yerləşən Çinquetti şəhəri YUNESKO-nun Dünya mədəni irsi siyahısına salınsa da, orada hələ də yaşayış qalır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR