• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İnanılmaz faktlar: İnsanları bu heyvanlar xilas etdi - FOTOLAR

  • Maraqlı
  • 29 Aprel 2015 21:31
  • 1 728 Baxış
İnanılmaz faktlar: İnsanları bu heyvanlar xilas etdi - FOTOLAR

İstər virtual aləmdə, istərsə də real həyatda tez-tez insanların heyvanları xilas etməsi barədə məlumatlar eşidirik. Amma bəzən əksinə olur. Heyvanlar insanları xilas edir.

Publika.az insanların heyvanlar tərəfindən xilas olunması haqqında hekayələri təqdim edir.

Pişik Paddinq

Paddinq adlı pişik sahibi Emi Yunqu heyvanat sığınacağından götürülüb evə gəldiyi gün xilas edib. Şəkərli diabetdən əziyyət çəkən Emi Yunq evə girər-girməz komaya düşüb. Hadisə anidən baş verdiyindən o, qonşu otaqda yatmış oğlunu səsləməyə macal tapmayıb. Sahibinin vəziyyətini hiss edən pişik oğlanın otağına qaçaraq onu dişləməyə başlayıb. Yuxudan ayılan oğlan anasını huşsuz vəziyyətdə görüb xəstəxanaya çatdırır.

Doberman Xan

Xan sahibinin evinə gəldiyindən 4 gün sonra 17 aylıq qızı xilas edib. 17 aylıq körpə Şarlotta evin həyətində oynayarkən həyətdə zəhrəli ilanla rastlaşıb. İlanın qızı çalmağa hazırlşdığını görən it qızı kənara itələyərək öz həyatını təhlükəyə atıb. İlan Xanın pəncəsini dişləyib. Xoşbəxtlikdən, qəhrəman it həkim müdaxiləsindən sonra sağ qalıb.

Balina Mila

26 yaşlı dalğıc müsabiqə zamanı hər hansı bir tənəffüs avadanlığından istifadə etməyib. Müsabiqə 6 metrlik hovuzda ağ balinalar arasında keçirilib. Suyun temperaturu isə Arktik qütbün sularına bərabər olub. Dalğıc suyun səthinə qayıtmağa çalışanda ayaqlarının donaraq hərəkət etmədiyini hiss edib. Bu vaxtı ağ balina üzgüçünü suyun səthinə qaldırıb.

Ev donuzu Lulu

Coann Altsman ürək tutmasından yerə yıxılan zaman qadının gonbul ev donuzu Lulu yanında olub. O, dərhal küçəyə qaçaraq yolda hərəkəti dayandırmağa çalışıb. Avtomobillərdən biri yolu kəsmiş kök donuza görə dayanaraq onun arxasınca gedib. Donuz isə sürücünü sahibinin yıxıldığı yerə aparıb. Beləcə, qadın xəstəxanaya çatdırılaraq xilas edilib.

Villi adlı tutuquşu

Villi adlı tutuquşu olmasaydı 2 yaşlı Hanna boğula bilərdi. Belə ki, günlərin birində uşağın dayəsi və tutuquşunun sahibi Meqan Hovard piroq hazırlayır. Piroqun soyuması üçün Meqan onu stolun üstünə qoyub otaqdan çıxır. Bir müddət sonra tutuquşu, "ana körpə! ana körpə!", - deyə qışqırmağa başlayır. Meqan quşun fəryadına otağa qaçanda dodaqları göyərmiş Hannanın boğzında piroq qaldığını görür. Dayə qızın boğazında qalmış piroqu çıxararaq onu xilas edir. Bu hərəkətinə görə, tutuquşu yerli Qırmızı Xaç xidməti tərəfindən təltif olunub.

Tobbi adlı it

45 yaşlı Debbi Parkharst evində alma yeyərkən çeçələyir. Almanın hissəsi qadının tənəffüs orqanına tıxandığı üçün qadın boğulmağa başlayır. Bu zaman qadının 2 yaşlı iti Tobbi onu yerə yıxaraq sinəsinin üstündə atılıb düşür. Almanın dilimi qadının boğazından çıxana kimi Tobbi sahibinin üstündə atılıb düşməkdə davam edir. Bundan sonra Tobbi sahibinin üzünü yalayaraq ona huşunu itirməyə imkan verməyib.

Kerri adlı at

Hadisə baş verəndə 40 yaşlı Fiona Boyd ailə fermasında tək idi. O, pəncərənin önündə anasını axtaran buzovun mələrtisini eşidir. Buzovu tövləyə, anasının yanına aparmaq istəyən Fionanın hərəkəti ana inək tərəfindən yanlış başa düşülür. Balasını qorumağa çalışan inək qadına hücum edir. İnək qadını yerə yıxaraq tapdalamaq istəyir. Lakin qadının Kerri adlı atı araya girərək sahibinin qaçmasına imkan yaradır.

Ninqnonq adlı fil

8 yaşlı Ember Meyson 2004-cü ildə anası və atalığı ilə Tailandın Pxuket şəhərində dincəlməyə yollanır. Qız orada 4 yaşlı Ninqnonq adlı fillə dostlaşır. Həmin vaxt güclü zəlzələ nəticəsində sunami baş verir. Bunu görən fil dəniz sahilində oynayan qıza tərəf qaçır. İri gövdəsi ilə dalğaların qarşısını kəsən fil qızın fəlakətdən xəsarətsiz xilas olmasına kömək edir.

Binti Çjua adlı qorilla

Binti Çjua adlı 8 yaşlı qorilla İllinoys ştatında yerləşən zooparka gələn və onların qəfəsinə düşən 3 yaşlı oğlan uşağını xilas edir. Binti qəfəsə yıxılan zaman huşunu itirən oğlanı digər qarillalardan qorumaq üçün qucağına alaraq qapıya aparıb. Qapıda gözləyən həkimlər isə uşağı ayıldıblar.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR