14 mindən çox "Audi" geri çağırıldı
Bizi izləyin

Avto

14 mindən çox "Audi" geri çağırıldı

Təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

"Volkswagen Qrup Rus" şirkəti Rusiyada 14 mindən çox "Audi" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar soyuducu maye nasosunun həddən artıq qızması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm