Maraq dünyası
QƏRİBƏ ADƏT: “Qızlar qaçırılmamaq üçün...” - - FOTOLAR
Hindistanın Apatani qəbiləsinin qadınları qeyri-adi gözəllik anlayışı ilə məşhur olublar. Onlara görə qadının burnu nə qədər yekə oldusa, o, bir o qədər gözəl hesab olunur.
Publika.az Daily Mail-a istinadən xəbər verir ki, qeyri-adi adətləri olan Apatani qəbiləsinin qadınları üzlərinin müxtəlif hissələrinə (çənə və alın nahiyyələrinə uzun zolaqlar çəkməklə) döymə etdirirlər. Yetkinlik yaşına çatmış qızlar üzlərinə döymə etdirir və burunlarına halqa taxırlar.
Hindistanın aşağı Subansiri bölgəsində Apatani yaylasında köçəri tayfa halında yaşayan bu insanlar yaşadıqları ərazinin adını özlərinə götürüblər. Qadınlar gözəllik naminə boyunlarından uzun zəncirlər, qeyri-adi aksesuarlar asırlar.
Bundan əlavə burunlarına xüsusi tıxaclar taxırlar. Onlar bununla qürur duyurlar. Başqa tayfaların kişiləri Apatani qəbiləsindən olan qızları qaçırmaq üçün növbəyə düzülür. Qəbilə sakinlərinin sözlərinə görə, qadınlar qaçırılmamaq üçün burunlarına xüsusi halqalar salıb burun dəliklərini genişləndirirlər. Tayfa ağsaqqalları qaçırılmamaq üçün öz gözəlliyini məhv edən qızlarla fəxr edir.
Kənd təsərrüfatı vərdişləri və ənənələri ilə tanınan tayfalar arasında bu ənənə nəsildən-nəsilə ötürülrərək bu günə qədər gəlib çatıb. Qadınlar hələ də bu ənənəyə sadiq qalır.
Könül Cəfərli
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?