NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI - FOTO
Bizi izləyin

Maraq dünyası

NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI - FOTO

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb.

Publika.az xəbər verir ki, fırtınanın fotoları Yupiteri araşdıran “Yuno” kosmik gəmisi tərəfindən çəkilib.

Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.

Qeyd edək ki, Yupiterdəki fırtına 24 oktyabr saat 10:32-də qeydə alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm