İşə götürdüyü model sayəsində pula pul demir - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

İşə götürdüyü model sayəsində pula pul demir - - FOTOLAR

Tayvanda küçədə satışla məşğul olan şəxs Vivi adlı bir modeli işə qəbul edəndən sonra müştərilərinin sayı 4 dəfə artıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iflasın bir addımlığında olan küçə satıcısının 1 gün üçün kirayələdiyi model onun həyatını dəyişib.

“Kiçik şaftalı” ləqəbli model işə başlayandan sonra müştərilər mağaza qarşısında sıraya düzülür. Üstəlik, onlar səbrlə növbələrinin çatmasını gözləyir, üzlərində daim gülüş olur.
Vivinin xarizması və seksual görüntüsü səbəbindən bəzən bölgə vətəndaşlarının sözlü təcavüzünə məruz qalsa da, problem danışıqla həllini tapıb.

Tayvan qəzetində bu barədə yazılan məqalədə bildirilir ki, Vivi modelllik karyerasını mağazaya kömək məqsədilə dayandıra bilər. Ölkədəki nüfuzlu şəxslər isə Vivinin uğurunun sirrini gülərüzü və yaxşı ünsiyyət qurmasında görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm