Avtobus sürücülərinə XƏBƏRDARLIQ - Etik davranışlara görə...
Bizi izləyin

Nəqliyyat

Avtobus sürücülərinə XƏBƏRDARLIQ - Etik davranışlara görə...

189 saylı marşrut xəttinin 2 avtobusunda texniki problem olduğu üçün xətdən çıxarılıb.

Bakıətrafı qəsəbələrə gedən bəzi marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib.

Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 131, 172, 189 saylı marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib və müvafiq tövsiyələr verilib. Sürücülərin mütəmadi olaraq etik davranış qaydalarına, avtobuslararası intervala riayət etməsi, həmçinin sərnişinlə dolu avtobuslarla yanacaqdoldurma məntəqəsinə girməməsi ciddi şəkildə tapşırılıb.

Həmçinin sürücülərin xəttə çıxmamışdan əvvəl maarifləndirilməsi, təlimatlandırılması tapşırılıb.

Bundan başqa, 189 saylı marşrut xəttinin 2 avtobusunda texniki problem olduğu üçün xətdən çıxarılıb. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm