Nəqliyyat
Mertoda qatarların intervalı azaldıldı
"Bakı Metropoliteni" sentyabrın 18-dən qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək.
Publika.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC sədri Zaur Hüseynovun əmr imzalayıb.
Əmr payız-qış mövsümünün tələbləri nəzərə alınaraq verilib.
“Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin
başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının
get-gedə intensivləşməsi müşahidə olunur. Yeni qrafikə uyğun olaraq
qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30
cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların
sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, «Həzi
Aslanov-28 May» sahəsində qatarlar arasında interval gur saatlarda
2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə
hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May-Dərnəgül» və
«28 May-İçərişəhər» sahələrində qatarlar arasında interval iki dəfə
çox, yəni 4 dəqiqə olacaq.
Bu müddətdə yalnız «Bakmil» stansiyasından qatarlar xəttə daxil
olduğu zaman interval «Həzi Aslanov-Ulduz» sahəsində fərqli ola
bilər.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, «Həzi Aslanov-28 May»
sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur
saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı
şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3
dəqiqə və daha çox olur.
Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində
fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək”.
Məlumat üçün bildiririk ki, metropolitendə hərəkət qrafiki il
ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət
məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris
ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş
qrafik tətbiq olunur.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi