Nida.az
Prezident: Azərbaycan və Türkiyənin birgə hərbi istehsal sahələri yaradılmalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı bildirib ki, Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən Prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu deyib.
Dövlətimizin başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib.
Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akar ilk dəfə ölkəmizə 1994-cü ildə səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırladıb. Ötən dövr ərzində Bakıda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğulayan Hulusi Akar ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını deyib.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər