Nida.az
Prezident sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev heyvandarlığın
maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb.
Prezident Azərbaycan Respublikasında heyvan mənşəli məhsulların
istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq,
süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək və
yerli at cinslərinin damazlıq özəyini qorumaq üçün
seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasını daha da
təkmilləşdirmək məqsədi ilə qərara alıb ki, Kənd Təsərrüfatı
Nazirliyinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan 5,8 milyon (beş milyon səkkiz yüz min) manat, o cümlədən
Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən
qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri
avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon (iki milyon səkkiz
yüz min) manat, Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə
həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon (bir
milyon beş yüz min) manat və Dilbaz atı cinsinin inkişaf
etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon (bir
milyon beş yüz min) manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ