Nida.az
Onlar niyə Dağıstan marşrutunu seçdi? - İddia
“İsa Qəmbərin müavinləri doğrudan da Ukraynaya getmək istəsəydilər,
başqa marşrut seçərdilər. Çünki Ukrayna ilə Rusiya münaqişədədir,
Rusiya ərazisindən ora gedən insanlar təbii ki, saxlanacaqlar. Bunu
bilə-bilə Krıma Dağıstandan getmək gülüş doğurur”.
Bu barədə Yaşıllar Partiyasının sədri Mayis Güləliyev Publika.Az -a açıqlamasında Müsavat başqanının
müavinləri Arif Hacılı ilə Gülağa Aslanlının Krıma gedərkən
Mahaçqalada Rusiya polisi tərəfindənn saxlanılaraq geri
qaytarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə,
marşrutu Avropadan, Türkiyədən, yaxud digər yerdən seçmək olardı:
“Bu marşrutun daha asan və ucuz başa gəldiyini desələr bu, doğru
deyil. Bu baxımdan, doğru yol seçməyiblər. Getmək istəyən istənilən
yol tapıb gedərdi. Hesab edirəm ki, bu addım daha çox gündəmdə
qalmaq, adlarının hallanması üçün atılıb”.
M. Güləliyev qeyd edib ki, Azərbaycan dövləti Ukraynanın ərazi
bütövlüyünə dəstək verdiyini bəyan edib. Onun sözlərinə görə, bu
məsələ beynəlxalq təşkilatlarda da qaldırılsa, Azərbaycan yenə
həmin mövqeni nümayiş etdirəcək: “Bu, da dövlət səviyyəsində
verilən ən böyük dəstəkdir. Bu partiya nümayəndələri səviyyəsində
Ukraynaya, Krıma nə dəstək verə bilər? Verəcəkləri dəstəyin də
Ukrayna üçün heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, Azərbaycan
müxalifətinin bu cür adım atması hadisələrdən özləri üçün
yararlanmaq məqsədi daşıyır. Halbuki onların nüfuzları yoxdur.
Hesab edirəm ki, bu addım gündəmdə qalmaq və populist bir addım
idi”.
Arif Hacılı isə
bildirib ki (http://publika.az/p/10401), Müsavat
başqanı İsa Qəmbər, müavini Gülağa Aslanlı Kiyevdə olmuşdular və
avromeydanda iştirak edərək orda çıxış etmişdilər: “Ukraynanın
indiki rəhbərliyində təmsil olunan şəxslərlə də görüşmüşdülər.
Bizim Krımda getmək, ordakı demokratik qüvvələrə, eyni zamanda
Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparan Krım tatarlarına
dəstək vermək cəhdimiz bu prosesin tərkib hissəsidir. İstər
Kiyevdə, istər Ukraynanın digər yerlərində, o cümlədən Krımda gedən
proseslərlə bağlı Müsavat Partiyası sistemli şəkildə açıqlamalar
verir, Azərbaycan və beynəlxalq ictimaiyyətin diqqətinə bu
məsələlər çatdırılır. Biz çalışacağıq ki, Ukraynada fəaliyyət
göstərən demokratik qüvvələrə, avtointeqrasiya tərəfdarlarına
dəstək verək. Bu baxımdan bizim Kiyevə və Ukraynanın digər
şəhərlərinə səfərlərimiz yenə də ola bilər”.
Asif
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ