"İmamzadə" kompleksində bərpa işlərini tamamlamaq üçün 4 milyon manat ayrıldı
Bizi izləyin

Nida.az

"İmamzadə" kompleksində bərpa işlərini tamamlamaq üçün 4 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm