• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Neft qiymətləri çox aşağı düşəcək - Proqnoz

  • Nida.az
  • 14 Mart 2014 17:02
  • 1 182 Baxış
Neft qiymətləri çox aşağı düşəcək - Proqnoz

“Mən Ukrayna hadisələrinə toxunaraq demək istəyirəm ki, bu gün kim güclüdürsə o qalib gələcək. Bunu unutmamalıyıq. Hazırda Qərblə Rusiya arasında soyuq müharibə gedir. Bu müharibədə Qərb çalışacaq ki, enerjinin qimyətlərini aşağı salsın. Necə ki, vxtilə Sovetl İttifaqı da neft qimyətlərinin aşağı düşməsi ilə dağıldı. Azərbaycan bunu nəzərə almalı və indidən addımlar atılmalıdır”.

Publika.Az xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatına münsibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, baş verənlər Azərbaycanın neft gəlirlərini xaricdə saxlamasını sərfəli etmir. Onun fikrincə, xaricdə saxlanılan neft gəlirlərinin heç olmasa müəyyən hissəsi ölkəyə gətirilməli və onları sahibkarlara aşağı faizlə kredit formasında verilməlidir: “Mən təklif edirəm ki, həmin vəsaitlərdən bir qismi ölkə banklarında saxlamalıyıq”.

Q. Həsənquliyev təklif edib ki, sənaye parkları iri şəhərlərlə yanaşı, regionlarda da yaradılmalıdır: “Hesab edirəm ki, belə sənaye müəssisələrini vergidən azad etmək lazımdır ki, sahibkarlar regionlara investisiya qoymaqda maraqlı olsunlar. Bundan başqa mən təklif edirəm ki, Naxçıvan avtomobil istehsal edən sənaye mərkəzinə çevrilsin. Bu gün Naxçıvanda Çindən gətirilən hissələrlə avtomobillər yığılır. Biz bunun istehsalını birbasşa ölkəyə köçürməliyik. Eyni zamanda blokada vəziyyətində olan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün Qarsda ora dəmir yolu xətii çəkilməlidir. Bunda Azərbaycan hökuməti maraqlı olmalıdır”.

Millət vəkili qeyd edib ki, onu dini təqirələrin artması, azərbaycanlıların başqa ölkələrə döyüşməyə getməsi narahat edən əsas məsələlərdəndir: “Bu istiqamətdə qanunvericilik sərtləşdirilir. Amma inzibati rıçaqlarla bunun qarşısını tam ala bilməyəcəyik. Müəyyən qədər ləngidə bilərik. Ona görə də maarifləndirmə işləri aparılmalıdır ki, bu işdə telekanallar əsas rol oynamalıdır. Bu gün əsas maarifləndirmə İTV-də aparılmalıdır. Amma İTV-də bu iş zəifgdir. Bizim onsuz da AZTV-miz var. İTV-ni də AZTV-yə çevirmək nəyimizə lazımdır”.

Q. Həsənquliyev universitetlərin özəlləşdirilməsi təklifini də irəli sürüb.“Xüsusi təyinatlı akademiyalar istisna olmaqla digər universitetlər özəlləşdirilməlidir. Dövlət özünü bu yükdən xilas etməlidir. Bununla təhsdilin səviyyəsini yüksəltmək olar”-deyə millət vəkili bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR