Əli Əliyev və İsa Qəmbər üz-üzə gəldi – Tale kimin üzünə güləcək?
Bizi izləyin

Nida.az

Əli Əliyev və İsa Qəmbər üz-üzə gəldi – Tale kimin üzünə güləcək?

“Azadlıq - 2015” seçki blokunun həmtəsisçisi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də parlament seçkilərində namizəd kimi çıxış edəcək.


VİP-dən Publika.az-a verilən məlumata görə, Ə. Əliyev namizədliyi 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürüb. Blokun səlahiyyətli nümayəndələri Ə. Əliyevin seçki sənədlərini seçki dairəsinə təqdim edib.


Qeyd edək ki, 15 saylı Yasamal birinci seçki dairəsi bu seçkidə ən maraqlı dairələrdən biri ola bilər. Belə ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərlə yanaşı, bu dairədən REAL hərəkatı da namizəd irəli sürüb. Həmçinin AMİP-in də öz namizədi var. Ən maraqlısı isə bu dairədən Yeni Azərbaycan Partiyasının (YAP) 29 yaşlı gənc üzvü Bayram Aslanovun namizədliyini irəli sürməsidir.


Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm