Nida.az
MTN-dən həbslərlə bağlı RƏSMİ AÇIQLAMA
"Yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir".
Publika.az-ın məlumatına görə, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr idarəsindən "Azərtac"a verilən açıqlamada deyilir.
İdarədən bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2-ci, 309.1-ci və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar: "Lakin son vaxtlar bir sıra dövri mətbuat və elektron informasiya vasitələrində intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya, Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir.
Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması üzrə fəaliyyətini əzmlə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişləri dərhal və vicdanla yerinə yetirilir".
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 17-də milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun vəzifəsindən azad olunması haqda sərəncam imzalayıb.
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...