İlham Əliyev Niderlandda mühüm görüşlər keçirir
Bizi izləyin

Nida.az

İlham Əliyev Niderlandda mühüm görüşlər keçirir

İlham Əliyev Niderlandda mühüm görüşlər keçirir

Martın 24-də Prezident İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb.Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulandı. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirilib.

Söhbət zamanı Azərbaycanın "ADA" Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olunub.

Prezident Haaqada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında səmərəli əməkdaşlığın qurulduğu, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğu bildirilib.

Yukiya Amano əməkdaşlığın daha da inkişaf etdirilməsi və radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. O, bildirdi ki, Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirlərdə və zirvə görüşlərində fəal iştirak etməsi məmnunluq doğurur.

İlham Əliyev nüvə təhlükəsizliyinin ölkəmiz, region və dünya üçün əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı Ermənistanda seysmik zonada yerləşən və artıq köhnələrək müasir standartlara cavab verməyən Atom Elektrik Stansiyasının fəaliyyətinin bütün region üçün ciddi təhlükə doğurduğunu diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm