CHP sədrinin keçmiş müavini Türkiyə seçkiləri barədə proqnoz verdi - Eksklüziv
Bizi izləyin

Nida.az

CHP sədrinin keçmiş müavini Türkiyə seçkiləri barədə proqnoz verdi - Eksklüziv

CHP sədrinin keçmiş müavini: “Bu seçkilərin Türkiyəyə təsiri böyük olacaq” - Eksklüziv


“Sabah keçiriləcək bələdiyyə seçkiləri Türkiyə siyasətinə təsirləri böyük olacaq. Çünki bu seçkilər əvvəlki seçkilərə bənzəmir”.

Bu barədə CHP sədrinin keçmiş müavini, London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymen Publika.Az -a eksklüziv açıqlamasında Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı deyib.

O. Öymen bildirib ki, bu təsirlər seçkidən sonra özünü göstərəcək: “Seçki öncəsi bir çox iddialar ortaya atıldı, dinləmələrin, danışıqların qeydə alınması kimi məsələlər oldu. Bunların nə qədər doğru olub, olmadığını deyə bilmərəm. Amma seçkidən sonra bunların araşdırılacağı və cavabı veriləcək”.

Türkiyəli ekspert hazırda hansı partiyanın üstün olduğunu dəqiq deməyin mümkünsüz olduğunu bildirib: “Seçki qabağı sorğularda AKP də üstün göstərilir, digər partiyalar da. Lakin belə sorğulara güvənmək də olmaz. Çünki seçki gününə qədər nəyin necə olacağını demək çətindir. Bəzən sorğularda üstün olan göstəricilər, seçkidən sonra fərqli ola bilir. Bu baxımdan, nəticələr bəlli olmadan bu barədə danışmaq tezdir”.

O. Öymen əlavə edib ki, seçkidən sonra Türkiyə siyasətində hansı dəyişikliklərin olacağını proqnozlaşdırmaq da mümkün deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm