İlham Əliyev: “Ermənistan Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə edib”
Bizi izləyin

Nida.az

İlham Əliyev: “Ermənistan Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə edib”

“Azərbaycan Dünya Humanitar Sammitinin nəticələrinin dünyada yaşayan insanların yaşayış standartlarının inkişafına təsir edəcəyinə inanır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da vaxtilə qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır Azərbaycanın 20 faiz ərazisi işğal altındadır: “Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırımı törədib. Ermənistan Silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.

Azərbaycan prezidenti bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib: “Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm