Aİ Xədicə İsmayılova ilə bağlı məhkəmə qərarını alqışladı
Bizi izləyin

Nida.az

Aİ Xədicə İsmayılova ilə bağlı məhkəmə qərarını alqışladı

“Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı-jurnalist Xədicə İsmayılovanın şərti olaraq azadlığa buraxılması qərarı Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməsi istiqamətində daha bir müsbət addımdır”.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı sözçüsünün Xədicə İsmayılovanın Azadlığa buraxılması ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, bu qərar və Azərbaycanla Aİ arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir: “Avropa İttifaqı ümid edir ki, bu qərar Xədicə İsmayılovun üzərindəki səfər qadağasının götürülməsi və yeni həbs olunmuş və ya siyasi səbəblərdən Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmış şəxslərin azadlığa buraxılması və ya reabilitasiyası ilə daha da güclənəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm