Nida.az
Azərbaycan ABŞ-ın Sülh Korpusundan imtina etdi - Özəl
Azərbaycan ABŞ-ın Sülh Korpusu könüllülərindən imtina edib.Publika.Az –n özəl mənbələrdən əldə etdiyi
məlumata görə, hər il olduğu kimi bu il də Sülh Korpusunun
könüllülərinin Azərbaycana gəlməsi hazırlıq görülüb. Prosedura
görə, onlar aprel və may aylarında əvvəlcə Bakı və Sumqayıtda təlim
keçməli, daha sonra respublikanın müxtəlif bölgələrində davam
etməli idilər. Bunun üçün lazım olan hər şey hazırlanıbmış.
“Bölgələrdə harda qalacaqları, təlim keçəcəkləri yerlər, əməkdaşlıq
edəcəkləri QHT-lər, hər şeyi detallarına qədər hazırlanmışdı.
Onlarla əməkdaşlıq etmək istəyən QHT-lər Təhsil Nazirliyinə bunun
üçün ərizə yazıblar. Lakin nazirlikdən müraciətlər geri qaytarılıb
və ehtiyac olmadığı deyilib”-deyə mənbə bildirib.
İddia edib ki, Sülh Korpusu könüllüləri adı ilə tanınan bu layihənin məqsədi deyildiyi kimi təhsil proqramları və ingilis dili tədrisi deyil: “Bununla yanaşı, əyalətlərdəki sadə insanlar üzərində iş aparılır, müəyyən mənada beyin yuyulması prosesini həyata keçirirlər. Həmçinin getdikləri yerlərlə bağlı məlumatlar da toplayırlar. Məhz buna görə də Azərbaycan bu il onların xidmətindən imtina edib”.
Qeyd edək ki, ABŞ Sülh Korpusu 1961-ci ildə prezident Con Kennedi tərəfindən təsis edilib. Kennedi sülh Korpusunun könüllülərinə belə deyirdi: “Siz dünya boyu Amerikanın reputasiyasını formalaşdıracaqsınız. Əgər siz onlara azadlıq, bütün dünyada insanların həyatının yaxşılaşa biləcəyi fikirlərini, ölkənizdəki gözəl ənənələri çatdıra bilsəniz uzağa gedə bilərsiniz”.
Daha bir maraqlı məqamsa, Sülh Korpusunun ABŞ-ın xarici
siyasətinə müsbət təsir etməsidir. Amerikada bunun hərbi büdcə ilə
müqayisədə daha az vəsait tələb etdiyi rəyi formalaşıb.
Asif
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."