“Müstəqillik aktı imzalananda mən də zalda idim” – Eldar İbrahimov
Bizi izləyin

Nida.az

“Müstəqillik aktı imzalananda mən də zalda idim” – Eldar İbrahimov

“Müstəqillik aktı imzalananda mən də zalda idim” – Eldar İbrahimov

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov adının 1991-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyi Aktına imza atmayan “anti-istiqlalçı deputatlar” siyahısında göstərilməsi məsələsinə münasibət bildirib.

Komitə sədri E.İbrahimov Publika.Az-a açıqlamasında deyib: “Mənim və Arif Rəhimzadə barədə yazılanlar cəfəngiyatdır. O vaxtı müstəqillik aktı imzalananda mən də zalda idim və müstəqilliyimin əldə edilməsinə tərəfdar oldum, ayağa qalxıb alqışladım.

İndi kimlərsə mənim haqqımda cəfəng fikirlər söyləyirlər ki, guya mən müstəqilliyimizə qarşı olmuşam və sairə. Hamısı yalandır. Bu sadəcə o vaxtkı iqtidarda olan adamların uydurduğu fikirlərdir. O vaxtı iqtidarda olan Xalq Cəbhəsi və digərləri Arif Rəhimzadə ilə məni Heydər Əliyevə yaxın adam olduğumuz üçün köhnə komunist kimi göstərirlər. Ancaq Komunist Partiyasında digər şəxslər də var idi.

Bəs onların adlarını niyə yazmırlar? Müstəqillik aktının qəbuluna mən də, Arif Rəhimzadə də səs vermişik. O vaxtı parlamentdə oturan adamların hamısından qabaq müstəqilliyi biz istəmişik.

Hələ 1990-cu il noyabrın 17-də Naxçıvanda Heydər Əliyev üç rəngli bayrağımızı qaldıranda heç Azərbaycanda bu bayrağı tanıyan yox idi.

Mənə sual verirdilər ki, bu bayraq nə bayrağıdır? Amma Eldar İbrahimov Heydər Əliyevin hesabına hələ bir müddət əvvəl çalışırdı ki, Azərbaycan müstəqillik qazansın. Heydər Əliyev 1991-ci ilin martında Milli Məclisdə çıxış edəndə həmin müstəqillikdən danışan adamlar ulu öndərə qarşı çıxırdılar.

Ancaq Heydər Əliyev nə deyirdi? Deyirdi ki, biz müstəqil olmalıyıq. Hətta, o vaxtı həmin adamlar 17-də martda referendum da salmışdılar ki, SSRİ saxlanılsın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm