• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident İlham Əliyevin Praqa çıxışı Misir mediasında

  • Nida.az
  • 28 Aprel 2014 07:50
  • 1 131 Baxış
Prezident İlham Əliyevin Praqa çıxışı Misir  mediasında

Misirin “Al-Balad” nəşrinin internet resursunda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının beş illiyinə hərs olunmuş Praqa zirvə görüşündəki çıxışı haqqında məqalə dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Azərbaycan ilə Aİ ölkələri arasındakı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və son beş ili Avropa təsisatları ilə daha yaxın əlaqələrin qurulmasını çox əhəmiyyətli hesab edib. Prezidentin sözlərinə görə, Azərbaycan ötən beş il ərzində siyasi və iqtisadi islahatlar həyata keçirib, bu beynəlxalq təşkilata üzv olan dövlətlərlə çox konstruktiv və geniş əlaqələr qurub.

Materialda Prezident İlham Əliyevin “Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir” fikirləri yer alıb.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son on ildə islahatlar nəticəsində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib. Azərbaycan dövləti ölkədə işsizliyi və yoxsulluğu aradan qaldıra bilib. Materialda dövlətimizin başçısının bu sözləri sitat gətirilib: “Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir.”

Məqalədə İlham Əliyevin Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlığın davam etdirilməsi zərurəti barədə dediyi sözlər də diqqətə çatdırılıb. Azərbaycan Prezidentinin fikrincə, bu tərəfdaşlıq elə davam etdirilməlidir ki, qarşılıqlı faydalı və mühüm layihələri uğurla həyata keçirmək mümkün olsun.

Nəşrin elektron variantında Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli barədə sözləri sitat gətirilib: “Türkiyə ilə Ermənistanın sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR