“Həmasla Fəth birləşdi, biz niyə birləşməyək?!”
Bizi izləyin

Nida.az

“Həmasla Fəth birləşdi, biz niyə birləşməyək?!”

“Həmasla Fəth birləşdi, biz niyə birləşməyək?!”

“İki partiyanın yaxınlaşması ilə bağlı qərar Sərdar bəylə özəl görüşlərimizin birində razılaşdırılıb. Razılaşdıq ki, hər kəsə nümunə olmaq üçün iki partiyanın əməkdaşlıq imkanları müstəvisi müəyyənləşsin”.

Bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Publika.Az-a açıqlamasında ADP ilə VİP-in birləşməsi məsələsinə münasibət bildirərkən deyib.

“Bu həftə sədrlərin iştirakı ilə komissiyanın növbəti görüşü olacaq”


VİP sədri bildirib ki, hər iki partiyada bununla bağlı komissiya yaradılıb: “Hesab edirəm ki, ölkədə çox vacib seçki gəlir, xüsusilə 2015-ci il parlament seçkiləri. İqtidarın vahid komandasına pərakəndə deyil, vahid platformalı müxalifət alternativ ola bilər. Bu baxımdan belə bir komissiya yaratdıq. Ötən həftənin 5-ci günü bu komissiyalar bir araya gəldi. İlkin məsələlər dəyərləndirildi, partiyaların birləşməsindən tutmuş, blok yaratmağa qədər bir sıra məsələlər gündəmdədir. Bu həftə sədrlərin iştirakı ilə komissiyanın növbəti görüşü olacaq. Lakin biz hələ birləşmək məsələsinin tərəfdarı deyilik”.

“Həmasla Fəth birləşdi, biz niyə birləşməyək?!”


VİP sədri niyə başqa partiya ilə deyil, ADP ilə yaxınlaşmağa gəlincə, bildirib ki, burda obyektiv və subyektiv səbəblər var.

“Bizim partiyanın ilki gündən dostu hesab edilən Sərdar bəy fəaliyyətimiz dövründə böyük köməkliklər göstərib. İlk növbədə mənəvi dəstəyini hiss etmişik. Şəxsi münasibətlərimiz kifayət qədər normaldır. Siyasi münasibətlərdə insani münasibətlərin səviyyəsi bir sıra qərarların qəbul olunmasına da təsir edir. Bundan əlavə obyektiv səbəblər sırasına bizim ötən ildən etibarən Rusiya təhlükəsinə qarı eyni mövqe sərgiləməyimizdir. Məhz buna görə də Milli Şurada təmsil olunmadıq. Eyni zamnda bir sıra digər obyektiv səbəblərə görə imkanlarımızı səfərbər etməyə bizi vadar edir. Digər tərəfdən dünyada koorparativ münasibətlər əsas rol oynayır. Elə böyük təşkilatlar var ki, güclərini artırmaq üçün digərləri ilə koorparasiya yaradırlar. Misal üçün bu günlərdə Fələstində Həmasla Fəth təşkilatı güclərini birləşdirdi. Halbuki dünənə qədər onların düşmən olduğu deyilirdi. Biz niyə birləşməyək?! Bu baxımdan, hesab edirik ki, Azərbaycan müxalifəti də bir araya gəlib təşkilatlanmayana qədər hakimiyyət güclü olacaq”-deyə VİP sədri diqqətə çatdırıb.

“Qarabağ” necə olacaq?

ADP-nin “Qarabağ” blokunda birgə təmsil olunduğu Ümid Partiyasına gəlincə, Ə. Əliyev bildirib ki, əməkdaşlıq müzakirələri hələlik iki partiya arasında aparılır: “Fəaliyyətimiz də Ümidlə ADP-nin münasibətlərinə xələl gətirməyəcək formada olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm