Nida.az
“Leyla Yunus Azərbaycan qadınına yaraşmayan hərəkət edir”
“Leyla Yunus Azərbaycan qadınına yaraşmayan hərəkət edərək hüquq-mühafizə orqanlarına itaətsizlik göstərdi”.
Bu barədə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun polisə qarşı müqavimət göstərməsinə münasibət bildirərkən deyib.
A. Mirzəzadə L. Yunusun ölkəni gizli şəkildə tərk etməsi cəhdi
barədə deyib ki, onu iki ölkə səfirliyinin məsul əməkdaşlarının
müşaiyət etməsi maraqlıdır: “Azərbaycan demokratik ölkədir,
istənilən vətəndaş ölkəni sərbəst şəkildə tərk edə və qayıda bilər.
Leyla Yunusun bu addımı isə onun özünü günahkar hesab etməsindən
irəli gəlir. Digər tərəfdən ona və həyat yoldaşına iki saat ərzində
Fransada yaşamaq üçün 5 illik viza hazırlanması da diqqət çəkəndir.
Halbuki bunun üçün uzun müddət lazım gəlir. Leyla Yunusa
Mirqədirovun işində ifadə verəcəyi üçün ölkəni tərk etməmək
xəbərdarlığı verilmişdi. O isə buna əməl etmədi. Birinci reyslə
ölkəni tərk etməyə cəhd etdi. Bütün bunlar sirli suallar yaradır.
Hesab edirəm ki, hüquq-mühafizə orqanları bütün bunlara aydınlıq
gətirəcək”.
Asif
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."