İlham Əliyev Gürcüstanda azərbaycanlılarla da görüşə bilər
Bizi izləyin

Nida.az

İlham Əliyev Gürcüstanda azərbaycanlılarla da görüşə bilər

İlham Əliyev Gürcüstanda azərbaycanlılarla da görüşə bilər

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə iştirak etmək üçün Gürcüstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlılarla görüşə bilər.

Gürcüstanın parlamentinin azərbaycanlı millət vəkili Mahir Dərziyev Publika.Az-a açıqlamasında bildirib ki, dəqiq informasiya olmasa da, belə bir görüş mümkündür: “Gürcüstan prezidentinin Azərbaycana səfəri zamanı mən də rəsmi nümayəndə heyətinin tərkibində idim. O zaman Gürcüstan prezidenti gürcülərin Azərbaycanda kompakt halda yaşadığı Qax rayonunda oldu. Azərbaycan dövlətinin gürcülərə göstərdiyi qayğıdan məmnun qaldıq. Prezident İlham Əliyev isə 7-8 il öncə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marnuelidə olub. Düzdür, indi də belə görüşün olacağı dəqiq deyil, amma bu ola bilər”.

Gürcüstan baş nazirinin milli azlıqlar üzrə xüsusi nümayəndəsi Savalan Mirzəyev isə Publika.Az-a bildirib ki, onda belə məlumat yoxdur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm