Nida.az
MN-dən Üzeyir Cəfərov məsələsinə reaksiya - Rəsmi
Müdafiə Nazirliyi hərbi ekspert Üzeyir Cəfərova nazirlikdə vəzifə verilməsi ilə bağlı xəbərə münasibət açıqlayıb.
MN-nin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, nazirliyin belə bir təşəbbüsü yoxdur: “Adıçəkilən şəxs özü də açıqlama verib ki, ona belə bir təklif olunmayıb”.
Ü. Cəfərovun əvvəllər MN-nin yüksək rütbəli şəxsindən ona belə bir təklif olunması haqda dediklərinə gəlincə, nazirlik bunu da təkzib edib: “Nə indi, nə də əvvəllər MN belə bir təklif irəli sürməyib”.
Qeyd edək ki, mediada müdafiə naziri Zakir Həsənov hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsinə gətirilməsini istəyib.
Ü. Cəfərov isə hazırda bunun real olmadığını, amma əvvəllər ona
belə bir təklif edildiyini açıqlayıb.
Asif
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu