“Atəşkəs Azərbaycan üçün təhqirdir”
Bizi izləyin

Nida.az

“Atəşkəs Azərbaycan üçün təhqirdir”

“Atəşkəs Azərbaycan üçün təhqirdir”

Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan və Ermənistan arasında atəşkəs elan edilməsinin 20 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Publika.Az-a daxil olan bəyanatda deyilir ki, QAT atəşkəs rejimini Azərbaycan xalqı üçün çox böyük təhqir hesab edir: “Heç bir hakimiyyət, heç bir cəmiyyət bu rəzalətə, təhqirə dözməli deyil. Bu qədər vaxt ərzində rəzalətin davam etməsinin, torpaqlarımızın işğal altında qalmasının məsuliyyəti hakimiyyətin, hər bir siyasi partiya və ictimai təşkilatın, hər bir vətəndaşın üzərinə düşür. Heç kəs yaxasını kənara çəkməsin, məsuliyyətdən qaçmasın”.

QAT işğal olunmuş torpaqların ancaq hərbi yolla geri qaytarılacağını bəyan edib: “Bu 20 il qəti şəkildə göstərdi ki, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinin, torpaqlarımızın işğaldan azad olunmasının ancaq bir yolu var, o da hərbi yoldur. Qarabağın azadlığı Rusiyadan, Amerikadan, hər hansı beynəlxalq təşkilatdan deyil, on minlərlə azərbaycanlı şəhidin töküləcək qanından asılıdır. Torpağı işğal altında, namusu, şərəfi düşmən tapdağında olan millət və dövlət töküləcək qanlardan, veriləcək itkilərdən çəkinməməlidir. Biz ayağa qalxmalı, heç bir itkiyə baxmadan müqəddəs savaşa başlamalıyıq. Bunu bizdən dinimiz də, vicdanımız da, vətəndaş borcumuz da tələb edir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm