“Sədrlikdən gedəcəm”- VHP sədri yerinə namizəd axtarır
Bizi izləyin

Nida.az

“Sədrlikdən gedəcəm”- VHP sədri yerinə namizəd axtarır

“Sədrlikdən gedəcəm”- VHP sədri yerinə namizəd axtarır

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qurultaya hazırlaşır. Partiyanın növbədənkənar keçirilən sessiyasında bu məsələyə baxılıb və qurultayın keçirilməsi qərarı verilib. Bunun üçün 25 nəfərdən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

VHP sədri Sabir Rüstəmxanlı Publika.Az-a açıqlamasında partiya sədrliyindən getmək fikrində olduğunu deyib. Bildirib ki, sədrliyə uyğun namizəd axtarılır: “Partiyada sədr olacaq kifayət qədər yetkin adam var. Amma əsas olan hər kəsin qəbul edəcəyi adamı seçməkdir. Çünki iddialı adamlar da çoxdur. Elə namizəd olmalıdır ki, onlar tərəfindən də qəbul edilsin. Hazırda qurultaya hazırlıq gedir. Bu yaxınlarda partiya məclisinin iclası keçiriləcək və qurultayın vaxtı ilə bağlı qərar veriləcək. İnşallah qurultaya qədər namizəd tapılsa, qurultayda gedəcəm”.
S. Rüstəmxanlı getməsinin səbəbini belə izah edir: “Partiya işləri vaxtımı çox alır. Mən 5 ilə yaxın nazir oldum, amma indiki kimi qəbuluma adam gəlmirdi. İndi bir partiya var, bir də dövlətə bağlı olmayan QHT. Yanıma isə yüzlərlə adam gəlir, elə bilirlər ki, dövlətə bağlıyıq. Bacardığım qədər kömək edirəm, amma hər şeyi etmək mümkün deyil. Adamların qayğılarına qalmaq çətin işdir, xüsusən də hamısına kömək edə bilməyəndı. Yanına gələnlər naümid gedəndə insan pis olur. Qərarıma bunlar da təsir edib”.

2015-ci il parlament seçkilərində namizədliyini verməyə gəlincə, S. Rüstəmxanlı bunun şəraitə bağlı olduğunu deyib.

“Sədrlikdən getsəm də, partiyada qopmaq fikrim yoxdur. Ola bilsin ki, partiyanın üzvü kimi namizəd siyahısında olum. Amma seçkidə iştirak edib-etməməyim hələ bəlli deyil. Amma əsas fəaliyyətimi DAK-da davam etdirəm və daha da genişləndirəcəm”-deyə partiya sədri bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm