Müsavat məktubuna meriyadan cavab gözləyir
Bizi izləyin

Nida.az

Müsavat məktubuna meriyadan cavab gözləyir

Müsavat məktubuna meriyadan cavab gözləyir

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məktubuna cavab gözləyir.

Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında deyib. G. Aslanlı bildirib ki, məktub ayın 26-ı meriyaya təqdim edilib: “Prosedura görə cavab 15 gün ərzində verilməlidir. Əgər bu müddətə bizə müsbət cavab verilsə, Müsavat qurultayını keçirə biləcək”.

G. Aslanlı əlavə edib ki, BŞİH bu il ərzində Müsavata bircə Səttar Bəhlulzadə adına mədəniyyət evini təklif edib.
“Bizə isə 1000 nəfəri yerləşdirə biləcəyimiz məkan lazımdır. Məktubumuzda da bu barədə bildirmişik”,–deyə o qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm