Milli Məclis “oba”-nın “abad”la əvəzlənməsinə etiraz etdi
Bizi izləyin

Nida.az

Milli Məclis “oba”-nın “abad”la əvəzlənməsinə etiraz etdi

Milli Məclisin bu gün xüsusi sessiyasının son iclası başlayıb.

Publika.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov gündəliyin müzakirəsindən öncə cari məsələlərə yer ayırıb.


Spiker çıxış edərək Prezident İlham Əliyevin AŞPA-dakı çıxışına toxunub: “Prezident Azərbaycanı layiqincə təqdim etdi, Azərbaycanın alnı açıq olduğunu Avropaya sübut etdi”.

Spiker çıxış edərək gündəliyin müzakirəsindən öncə cari məsələlərə yer ayırıb.

Gündəliyə 6 məsələ daxil edilsə də, deputatların etirazından sonra məsələlərin sayı 5-ə endirilib.


Gündəlikdən çıxarılan məsələ isə Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında qanun layihəsi olub.


Deputatlar kəndin adından türk kökənli “oba” sözünün çıxarılaraq, fars kökənli “abad” sözünün salınmasına etiraz ediblər.


Spiker Oqtay Əsədovun qərarı ilə məsələ müzakirəyə təqdim olunmadan gündəlikdən çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm