Vaşinqton “Nida”çılarla bağlı Azərbaycan rəhbərliyinə nə deyib? - FOTOLAR
Bizi izləyin

Nida.az

Vaşinqton “Nida”çılarla bağlı Azərbaycan rəhbərliyinə nə deyib? - FOTOLAR

Son günlər “Amerikanın səsi” radiosunun ABŞ Dövlət Departamentinin mətbuat konfranslarında Azərbaycana qarşı müxtəlif suallar verməklə sözügedən qurumun ölkəmizdəki insan hüquqları ilə bağlı ittihamlar səsləndirməsinə çalışması müşahidə edilir.

Publika.az-ın apardığı kiçik araşdırmanın nəticəsi onu deməyə əsas verir ki, bu yaxınlarda ABŞ Dövlət Departamentinin sözcüsü Cen Saki (Jen Psaki) qeyd olunan radionun müxbirinin Rauf Mirqədirov barəsində ünvanladığı sualı cavablandırarkən, “Biz onun Azərbaycan hökumətini tənqid edən yazılar yazdığına, eləcə də regionda gərginliyi azaltmağa və etimadı gücləndirməyə yönəlmiş xalqlararası proqramlarda iştirakına görə həbs olunduğu barədə irəli sürülən iddialardan narahatlıq keçiririk” kimi ifadə işlədib.

Cen Saki “Nida”çılarla bağlı verilmiş suala isə “ABŞ ifadə və toplaşma azadlığına dəstəyini ifadə etmiş “Nida” təşkilatının üzvləri ilə bağlı narahatlığını bir neçə dəfə yüksək rütbəli Azərbaycan rəsmilərinin diqqətinə çatdırıb və deyib ki, onların ailə üzvlərinin səhhəti ABŞ üçün ciddi narahatlıq doğurur”.

Sözügedən radionun müxbiri Dövlət Departamentinin brifinqində Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun hava limanında saxlanması barədə məlumat verməklə yanaşı, sonradan bununla bağlı geniş reportaj da hazırlayıb.

“Amerikanın səsi” radiosunun bu tip fəaliyyəti nəticəsində Dövlət Departamentinin son bir həftə ərzində keçirdiyi mətbuat konfranslarında bir neçə dəfə Azərbaycana istinad edilib.

Bununla əlaqədar qarşıdakı günlərdə rəsmi Vaşinqtonun ölkəmizə qarşı münasibətinin intensivləşməsi ehtimalı böyükdür.

Ölkəmizlə bağlı bu tip məsələlərin qeyd olunan radionun mütəmadi olaraq gündəmə gətirməsi əksər hallarda Dövlət Departamenti tərəfindən verilmiş tövsiyələr əsasında reallaşdırılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm