İŞİD Azərbaycana bərəkətli torpaq kimi baxır- Şok araşdırma
Bizi izləyin

Nida.az

İŞİD Azərbaycana bərəkətli torpaq kimi baxır- Şok araşdırma

Yüz illər ərzində Azərbaycanda şiələrlə sünnilər birgə sülh içində yaşayırdılar. Lakin Suriya cihadı başlayandan, daha sonra İŞİD faktoru ortaya çıxandan sonra “bu sülh əvvəlki kimi qalıbmı?” sualı da ortaya çıxır.

Publika.az xəbər verir ki, BBC-nin Rusiya xidməti Suriya və İraqda döyüşən cihadçıların Azərbaycana təsirləri ilə bağlı araşdırma aparıb.

Son günlər baş verən bəzi qarşıdurmaları xatırladan Rusiya xidməti bunun mənfi sonluqla bitə biləcəyi ehtimalını istisna etmir.

Hazırda cihadçılar arasında 100-dən artıq azərbaycanlı var. Hökumət onların sayının dəqiqləşdirilməsinin mümkün olmadığını bildirir. Ekspertlərsə ölkədə dini maarifləndirmənin istənilən səviyyədə olmadığını deyirlər.
Araşdırmada bildirilir ki, Azərbaycan dünyəvi dövlətdir. Bakı müstəqillik əldə edəndən sonra İranın İslam inqilabı ixracına qarşı çox mücadilə verib. Lakin sonradan ortaya din faktorunun başqa fəsadları da ortaya çıxdı. BBC müxbiri Qax, Zaqatala, Balakəndə bəzi sakinlərlə bu mövzuda söhbət aparıb. Xidmətə bildiriblər ki, Suriyaya gedənlərə pul verilir. İddialara görə, pulun məbləği iki mindən beş min dollara qədərdir. Gedənlər öldürülürsə, o zaman həmin pul onların ailələrinə çatdırılır.

Araşdırmada daha sonra Suriyada döyüşən azərbaycanlının Publika.az-a açıqlaması xatırladılır. Belə ki, Əbu-Bəkr əl Azəri ləqəbli azərbaycanlı açıqlamasında geri qayıtmaq istəmədiklərini deyir (http://publika.az/p/28896).
İran mediasının “İŞİD Azərbaycanda əsgər yığır” iddiasının xatırladan xidmət bildirir ki, İŞİD-in dərc olunan xəritəsində Azərbaycanda qurulacaq xilafətin tərkib hissəsi kimi göstərilir. Qeyd edilir ki, İŞİD Azərbaycana bərəkətli torpaq kimi baxır.

Azərbaycan sələfi fəallarından biri isə BBC Rusiya xidmətinə İŞİD-lə bağlı bunu deyib: “Bəli, Allah onlara kömək edəcək”.

Xidmət İŞİD-in şiələr üçün müqəddəs yerləri dağıtmasının Azərbaycan şiələrini də qəzəbləndirdiyini vurğulayır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm