• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamenti və Bundestaqa müraciət edib

  • Nida.az
  • 5 Avqust 2014 18:35
  • 510 Baxış
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamenti və Bundestaqa müraciət edib

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamenti və Bundestaqa müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi Avropanın beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırıb.

Müraciətdə Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulduğu və ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 13 hərbçisinin, eyni zamanda sülhsevər sakinlərinin şəhid olduğu qeyd edilir.

Bəyanatda, həmçinin Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, işğal altında olduğu, işğal olunmuş torpaqların qeyd şərtsiz azad edilməsinə dair BMT-nin 822, 853, 874 ve 884 saylı qətnamələrinin hələ də icra olunmamasına baxmayaraq Azərbaycanın hər zaman regionda sülhsevər siyasətin tərəfdarı kimi çıxış etməsi vurğulanır.

AAK Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar sİyasətinə qarşı zəruri addımlar atmağa, münaqişənin yenidən alovlanması təhlükəsinin regionda sülhə və sabitliyə diddi təhlükə yaratdığını nəzərə almağa çağırıb.

Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat ATƏT-in Minsk qrupunun üzvlərinə, Almaniya Federativ Respublikasının Parlamentinə (Bundestaq), Avropa Parlamentinin Xarici Əlaqələr və İnsan Hüquqları Komitələrinə, həmçinin "Human Rights Watch" beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatının və "Amnesty International" təşkilatınının Almaniyadakı nümayəndəliklərinə göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR