Türkiyə parlamentinin buraxılmasının - 4 SİRRİ
Bizi izləyin

Nida.az

Türkiyə parlamentinin buraxılmasının - 4 SİRRİ

Türkiyə Böyük Millət Məclisinin buraxılmasının 4 gizli səbəbi açıqlanıb.
Publika.az türk mediasına istinadən xəbər verir ki, avqustun 28-ə qədər TBMM işində fasilə olacaq. Bunun səbəbləri aşağıdakılardır.

1. Əhməd Davudoğlu haqqında sorğu.

2. Müxalifətin Ərdoğanın statusuna etirazları.

3. AKP kulislərində “qırılma” narahatlığı.

4. Abdulla Gülün hələ də əlində olan veto hüququ.


Belə ki, kulislərdə Davudoğlunun Baş nazir olması müzakirə olunur.

Onunla bağlı şənbə günü sorğu keçiriləcək. Düşüncələr var ki, AKP üzvləri buna etiraz olaraq sorğuya qatılmasın. Bu isə həm Davudoğlunu pis vəziyyətə sala bilər, həm də partiyada çatların yaranmasına səbəb ola bilər.

Ərdoğanın statusuna gəlincə, onun prezident seçilməsinin ardından müxalifətin Baş nazirlik statusunun həvəsinə düşdüyü iddialarını irəli sürməsidir. Tətil qərarı bunun qarşısını almaq məqsədi daşıyır.


AKP-də çatların da baş verməsi gözlənilir. Belə ki, millət vəkillərinin TBMM-nin kulislərində bir araya gələrək, fərqli mövqedən çıxış etmə ehtimalı var.


Ehtimallardan biri də Gülün veto qərarından istifadə edib yeni konstitusiyaya qarşı çıxmasıdır. Tətil qərarı ilə onun bu hüququndan istifadə etməsinin qarşısı alındı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm