• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Rusiya nə etsə, ağzıgöyçəklər deyəcək ki, o pisdir”

  • Nida.az
  • 18 Avqust 2014 18:10
  • 1 217 Baxış
“Rusiya nə etsə, ağzıgöyçəklər deyəcək ki, o pisdir”

“Rusiya ilə Azərbaycan arasında bizi bağlayan və ayıran məsələlər mövcuddur”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında mövcud olan münasibətləri korlamaq heç zaman fayda verməyəcək:

“Kimsə düşünməsin ki, Rusiya ilə münasibətlər pisləşsə, hər şey indikindən daha yaxşı olacaq. Rusiya ilə münasibətlərin pisləşməsini istəmək düşüncəsindən vaz keçmək lazımdır”.

A.Rəhimzadə avqustun 10-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilmiş görüşün nəticəsi barədə bir sıra şəxslərin Rusiya əleyhinə söylədiyi fikirlərdən də danışıb:

“Rusiya nə etsə, ağızıgöyçək adamlar deyəcək ki, o pisdir. Bu cür adamlara mən nə deyim? Bu, onların vəzifəsidir, qazancıdır, düşüncəsidir. Onlar bu cür yolla insanların diqqətini cəlb etmək istəyir. Ancaq mən hesab edirəm ki, bütün bunlar boş şeylərdir. Onlar heç zaman öz istəklərinə nail ola bilməyəcək”.

Ukraynada baş verən son hadisələrə də toxunan A.Rəhimzadə deyib: “Ukraynada baş verən hadisələrlə bağlı danışmaq istəməzdim. Çünki bizim kifayət qədər öz problemlərimiz var. İndi də Ukrayna hadisələrini burada gündəmə gətirmək və mövqe sərgiləmək bizə fayda gətirən deyil. Biz ilk növbədə öz problemlərimizi həll etməliyik”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR