Nida.az
Rusiya azərbaycanlı ordusu yaradır – Hədəf NATO
Rusiyada miqrantlara hərbi xidmət qarşılığında vətəndaşlıq
verilməsi ilə bağlı qanun layihəsi İctimai Palataya göndərilib.
Məqsəd qanun layihəsinin ictimai legitimliyini təmin
etməkdir.
Publika.az-a bu barədə Moskvadakı Azərbaycan diasporundan məlumat daxil olub.
Məlumata görə, Rusiyadakı miqrantlar arasında bununla bağlı təbliğat da başlayıb. Mənbə bildirir ki, NATO təhlükəsi və müharibə ehtimalı Rusiyanın belə bir addım atmağa sövq edir. Belə ki, Moskva xarici təhlükələr olacağı təqdirdə daxildən zərbələrin olması ehtimalının qarşısını almağı düşünür. Ən böyük təhlükə isə miqrantlardan gələ biləcəyi hesab edilir.
Digər tərəfdən, bu, vətəndaşlıq almaq üçün növbəyə dayanan
miqrantların ələ alınması anlamına gəlir. Beləliklə, vətəndaşlıq
üçün hərbi xidmət keçməyə razı olan miqrantlar dövlət qarşısında
öhdəlik də götürəcəklər. Məlumat üçün bildirək ki, belə bir təcrübə
Tacikistanda var. Belə ki, 201-ci diviziyada tacik və özbəklər
müqavilə əsasında xidmət edir. Diviziya fransızların xarici
legionlarına bənzər formada yaradılıb.
Mənbə bildirir ki, yaradılacaq miqrant orduları millətlərdən ibarət
diviziyalar formasında ola bilər.
Qeyd edək ki, bu ilin aprel ayında Rusiya Dövlət Dumasına belə bir qanun layihəsi təklif olunub. “Rusiya miqrantları ittifaqı”nın təşəbbüsü ilə hazırlanan qanun layihəsinə görə, əvvəlcə Rusiyada doğulan miqrant uşaqları, sonrakı mərhələdə isə öz ölkəsində hərbi xidmət keçməyən, yaxud bunu istəməyən miqrantlar rus ordusunda hərbi xidmət keçməklə vətəndaşlıq ala bilərlər.
Dumanın müdafiə məsələlər üzrə komitəsinin üzvü Viktor Vodolaskiy məsələni belə şərh etmişdi: “Rusiya ordusunda xidmət keçmək miqrant uşaqları üçün kifayət qədər problemli məsələdir. Bu qanunvericilikdə həllini tapmalıdır. Rusiya vətəndaşlığını almamış, amma bizim ölkən ərazisində doğulmuş miqrant uşaqları orduda xidmət keçmək, hətta zabit olmaq istəyirlər. Biz bu məsələni komitənin ən yaxın iclaslarında müzakirə edəcəyik”.
O, hərbi xidmət əvəzinə miqrantlara Rusiya pasportu verməyi təklif etdiklərini açıqlayıb. Məlumatlara görə, qanun layihəsi ictimailəşdirildikdən sonra Dumanın müzakirəsinə veriləcək. Qanunun qəbulu ehtimalı böyükdür.
Burada diqqətçəkən məqam Moskvanın postsovet ölkələri üzərində
hazırladığı ssenaridir. Misal üçün, Rusiya torpaqlarında 2
milyondan çox azərbaycanlı işləyir. Onlardan 600 minə qədəri rəsmi
qeydiyyatdadır, amma vətəndaşlıq alanların sayı 200 minə çatmır.
Yəni, bu dəyişiklik qüvvəyə minsə, Rusiya vətəndaşlığı almaq
istəyən azərbaycanlıların Rusiya ordusuna axınına səbəb ola
bilər.
Digər tərəfdən, bu, Azərbaycan ordusunda potensial çağırışçı problemini yaradacaq. Belə ki, əvvəlki illərə nisbətən azalma müşahidə olunsa da, bu gün hərbi xidmət keçmək istəməyənlərin Rusiyaya üz tutduğu məlumdur.
Asif Nərimanlı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu