İbadoğlunu qarabağlılar, Hacılını milli azlıqlar dəstəkləyir - Şok detallar
Bizi izləyin

Nida.az

İbadoğlunu qarabağlılar, Hacılını milli azlıqlar dəstəkləyir - Şok detallar

“Müsavatda Arif Hacılı ilə Qubad İbadoğlu arasında münasibətlər çox gərgindir. Mediada yazıldığı kimi dava olmasa da, ümumi qarşıdurma ab-havası hiss olunur”.

Publika.az-a açıqlamasında bu sözləri Müsavat Partiyasının adının çəkilməsini istəməyən funksionerlərindən biri deyib.

Mənbə qeyd edib ki, Q.İbadoğlunun ətrafına qarabağlılar, Arif Hacılının ətrafına isə şimal bölgəsindən olanlar, həmçinin milli azlıqlar toplaşıb.

Müsavat funksionerinin sözlərinə görə, say etibarilə Q.İbadoğlunun tərəfdarları çoxdur: “Amma qurultaya nümayəndə seçmək səlahiyyətləri Arif Hacılının əlindədir. Xüsusilə rayon təşkilatlarının Arif Hacılının nəzarətində olması onun əl-qolunu geniş açıb. Buna görə də qurultaya nümayəndə kimi Arif Hacılıya sərf edən adamlar seçiləcək. Bu baxımdan, onun qələbə çalması daha real görünür. Dediyim kimi, Qubad İbadoğlunun tərəfdarları çoxdur, amma buna baxmayaraq, Arif Hacılının qələbə qazanması üçün bütün vasitələrdən istifadə ediləcək”.
Məlumata görə, hər iki namizəd gizli formada başqanlıq uğrunda mübarizəni genişləndirir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm