Denis Tyurin: “Qarabağ münaqişəsi Moskva-Bakı münasibətlərinə ciddi maneədir”
Bizi izləyin

Nida.az

Denis Tyurin: “Qarabağ münaqişəsi Moskva-Bakı münasibətlərinə ciddi maneədir”

“Qarabağ münaqişəsi Rusiya-Azərbaycan münasibətlərinə ciddi maneədir”.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının İşgüzar Klubunun direktoru, politoloq Denis Tyurin söyləyib.

O, Azərbaycan-Rusiya əlaqələri fonunda Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatlığını dilə gətirib.

“Azərbaycan-Rusiya münasibətləri öz inkişaf dövrünü yaşayır. Bunun fonunda Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması, xüsusilə cəbhə xəttində bir neçə həftə öncə baş verənlər bizi kədərləndirir. Digər tərəfdən, faktiki olaraq Qarabağ münaqişəsi Rusiya-Azərbaycan münasibətlərinə ciddi maneədir”, - deyə klubun direktoru qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm