Metyu Brayza: “BMT qətnamələrinin icra olunmasına Minsk qrupu mane oldu”
Bizi izləyin

Nida.az

Metyu Brayza: “BMT qətnamələrinin icra olunmasına Minsk qrupu mane oldu”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Cənubi Qafqaz üzrə Qərb mütəxəssis Metyu Brayza "Вестник Кавказа" nəşrinə müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Bu gün Qafqaz regionunda münaqişələrin nizama salınmasında ABŞ-ın mövqeyi necədir?

- Bu gün Cənubi Qafqaz regionunda münaqişələrin nizama salınması ABŞ-ın yüksək çinli məmurları, peşəkar və təcrübəli diplomatlarının diqqətindədir.
Amerika Azərbaycan və Gürcüstan münaqişələrinə daim diqqət ayırıb.
Bu diqqət ona gətirib çıxartdı ki, Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sazişi imzalandı. ABŞ da bu münaqişə nəticəsində pozulmuş erməni-türk münasibətlərinə diqqəti yönəltdi.
Cənubi Qafqaza Amerikanın yanaşmasında dəyişiklik Rusiyanın “xüsusi maraqlarının” hədəfinə çevrilməsindən sonra baş verdi. Hansı ki, bu, əvvəldən də var idi. Lakin prezident Obama və Putin arasında dostluq münasibətləri ümumi vəziyyəti stabil olaraq saxlayırdı. Lakin Ukraynada bütün münasibətlər müvəffəqiyyətsizliyə uğradı. Putin nümayiş etdirdi ki, qonşu dövlətin ərazisini zəbt etmək cəhətdən Hitler Almaniyasının siyasətini dəstəkləyir.

- Rusiyanın sülh təşəbbüslərinə necə yanaşırsınızprezident Putin Azərbaycan və Ermənistan liderlərini Soçidə görüşdürdü? ABŞ bu gün Qafqazda və dünyada münaqişələrin nizama salınmasında Rusiya ilə əməkdaşlığa nə qədər hazırdır?

- Hərçənd mən daha ABŞ hökumətinin rəsmi nümayəndəsi deyiləm, amma düşünürəm ki, Vaşinqtonda mənim keçmiş kolleqalarım Putinin Dağlıq Qarabağ üzrə “sülh təşəbbüsünü” ciddi qəbul etmədilər. hesab edirəm ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda, eləcə də bütün dünyada münaqişələrin nizama salınması məsələsində Rusiya ilə əməkdaşlıq imkanlarını görmür. İlk növbədə, Rusiyanın Ukraynadakı qanunsuz davranışlarından sonra. Bundan başqa, Rusiya ABŞ və müttəfiqlərinin Suriyadakı nailiyyətlərinə ciddi maneə yaratdı.

- Nə üçün Liviya, İraq və digər ölkələr haqqında BMT qətnamələri yerinə yetirilir, Dağlıq Qarabağ üzrə qətnamələri 20 ildən artıqdır ki, kağız üzərində qalıb? Nə üçün ABŞ bu münaqişələrin yerinə yetirilməsinə kömək etmir?

- BMT-də istər Baş məclis, istər Təhlükəsizlik Şurası olsun, münaqişənin nizama salınması üzrə mexanizm yoxdur. Müvafiq olaraq TŞ qətnamələrinin əksəriyyəti yerinə yetirilmir. Xatırlayın, İraq üzrə qətnamələrin tətbiqi üçün təxminən 10 il vaxt lazım oldu.
Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi üzrə TŞ qətnamələri BMT qətnamələrinin daha çox yayılmış kateqoriyası sırasına düşdü. Bu qətnamələr üç səbəbdən yerinə yetirilmir.

Birinci, erməni diasporuna dost olan təşkilatlar, misal üçün, Amerikanın erməni milli konqresi kimi, birtərəfli təbliğata başlayaraq Azərbaycanı təcavüzkar, Ermənistanı qurban kimi göstərməyə çalışdılar. Bu təbliğat nəticəsində BMT TŞ-də yekdil fikir pozuldu.

İkincisi, BMT TŞ 1990-cı illərin əvvəllərində dörd qətnaməni qəbul etdi, ardınca tezliklə ATƏT münaqişə üzrə Minsk qrupunu yaratdı. Bu qrup münaqişənin həlli istiqamətində işləməyə başladı. Beləliklə, Minsk qrupunun yaradılması və münaqişə üzrə işləməyə başlamadı BMT qətnamələrinin yerinə yetirilməsini kölgədə qoydu.

Üçüncüsü, Putinin ikinci prezidentliyi müddətində Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi şəkildə diqqət ayırmırdı. Lakin keçmiş prezident Medvedyev Minsk qrupunun fəaliyyətinin aktivləşməsinə imkan yaratdı. Hansı ki, onlar Madrid prinsiplərinin tamamlanmasına nail olmuşdular. Lakin Putin Kremlə qayıdan kimi bu şans da yox oldu.

Liviya və İraqa dair qətnamələrin yerinə yetirilməsinə gəlincə, burda əsas məqam TŞ-nin iki üzvü ABŞ və Fransanın buna nail olmasıdır.

Mən hesab edirəm ki, ABŞ Minsk qrupunun danışıqlar prosesində təsirlərini artırmalıdır. Burda da Prezident Obama və dövlət katibi Kerrinin iştirakı tələb olunan məqamlar var.

1. Prezident Əliyev və Sərkisyana razılaşmaları üçün siyasi dəstək verilməlidir.

2. Rusiyanı inandırmaq lazımdır ki, ABŞ Dağlıq Qarabağın həllində Moskvanın səmimi səylərinə ümid edir.

Təəssüf ki, indiki şəraitdə ikinci bəndə nail olmaq mümkün deyil. Çünki Rusiya prezidenti indi münaqişələrin yaradılmasına meyillidir, nəinki onların həllinə.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm