Rusiya nəşri: “Moskva NATO qarşısına “miqrant ordusu” çıxaracaq”
Bizi izləyin

Nida.az

Rusiya nəşri: “Moskva NATO qarşısına “miqrant ordusu” çıxaracaq”

NATO-Rusiya qarşıdurması fonunda ilginc proseslər bir-birini əvəzləməkdədir.

NATO-nun sentyabrın 4-5-də keçiriləcək Uels sammitində məhz Moskvanın təcavüzkar təhlükələrinə qarşı əsas prioritetlərin müəyyən olunacağı deyilir. Ekspertlər hesab edir ki, Qərb bu samitdən sonra Rusiyaya qarşı açıq savaşa başlayacaq. Əsas istinad nöqtələrinin isə Polşa və Baltikyanı ölkələrdə yaradılan briqadaların olacağı ehtimal olunur. Xatırladaq ki, bu iddia ilə Almaniyanın “Şpigel” nəşri çıxış etmişdi.

Lakin NATO-nun adını açıqlamayan əməkdaşı “İnterfaks” xəbər agentliyinə açıqlamasında bu sammit, eləcə də Şərqi Avropada alyansın hərəkətə keçməsinin Rusiyaya qarşı olmadığını bildirib. “NATO Ukraynaya qarşı Rusiya təcavüzündən sonra təcili tədbirlərə başladı. Məqsəd kollektiv təhlükəsizliyi möhkəmləndirmək idi. Həmin dönəmdə Baltikyanı ölkələri və Polşa ərazilərində müdafiə sistemlərinin yaradılmasını istədilər. Lakin bu Rusiyaya qarşı hücum məqsədi daşımır. Sadəcə olaraq müdafiəni gücləndiririk”, - deyə hərbi alyans nümayəndəsi qeyd edib.

Rusiyanın “oximity.com” saytında irəli sürülən iddia da diqqət çəkir. Söhbət Moskvanın “miqrant ordusu” yaratmasından gedir. Sayt iddia edir ki, Kreml kuliarlarında bu məsələ artıq razılaşdırılıb və tezliklə belə bir layihə Dumada müzakirəyə çıxarılacaq. Sayt bildirir ki, Moskva NATO təhlükəsinə qarşı ordunu gücləndirmək məqsədilə bu yola əl atıb.

Qeyd edək ki, Publika.az-a daxil olan məlumatda da “miqrant ordusu”nun yaradılacağı deyilirdi. Qanun layihəsi “Rusiya miqrantlar birliyi” tərəfindən irəli sürülüb və Dövlət Dumasının bir sıra üzvləri tərəfindən dəstək qazanıb.
Layihəyə görə, əvvəlcə Rusiyada doğulan miqrant uşaqları hərbi xidmət keçir, ardınca digər miqrantlar, xüsusilə də öz ölkələrində hərbi xidmət keçməyənlər vətəndaşlıq almaq qarşılığında “miqrant ordusu”nda hərbi xidmətdən keçirlər. Bu orduya Rusiyada miqrant olaraq yaşayan azərbaycanlıların da qatıla biləcəyi ehtimalı yüksəkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm