Arif Hacılı namizədliyini rəsmən irəli sürdü - Fotolar
Bizi izləyin

Nida.az

Arif Hacılı namizədliyini rəsmən irəli sürdü - Fotolar

Müsavat başqanlığına daha bir iddialı rəsmən namizədliyini irəli sürüb.


Publika.az xəbər verir ki, Arif Hacılı bu gün rəsmi şəkildə namizədliyini irəli sürüb. A. Hacılı namizədliyinin qeydiyyata alınması ilə bağlı fotoları “facebook” səhifəsində paylaşıb.


Qeyd edək ki, Müsavat başqanlığına 4 iddialı var. Onlardan ikisi, Tural Abbaslı və Arif Hacılı namizədliyini rəsmi şəkildə irəli sürüb. Qubad İbadoğlu və Səxavət Əlisoy isə namizədliyini rəsmi şəkildə irəli sürməkdə tələsmir. Lakin buna baxmayaraq, onlar təbliğat-təşviqat kampaniyasını aparırlar.


Onu da bildirək ki, A. Hacılı dünən Müsavatda tutduğu Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa verib. Bu barədə təklif S. Əlisoy tərəfindən gəlmişdi. Müşavir vəzifəsindən istefa verən Əlisoy digər namizədləri də istefaya çağırıb. İndiyə qədər onun çağırışına A. Hacılı müsbət cavab verib. Q. İbadoğlu da namizədliyini rəsmən irəli sürəndən sonra müşavir vəzifəsindən istefa verəcəyini açıqlayıb. Tural Abbaslı isə istefa çağırışını müsbət qarşılamayıb.


A. Hacılı istefa qərarını belə açıqlayıb.


“Partiyada tutduğum vəzifələr Müsavat qurultayı nümayəndələrinin öz iradələrini sərbəst və azad formada ifadə etmələrinə heç bir maneçilik törədə bilməzdi. Amma bununla bağlı müxtəlif fikirlər səslənirdi, kimlərsə iddia edirdilər ki, partiyada vəzifə tutmağım qurultay nümayəndələrinin iradələrini sərbəst formada ifadə etmələrinə mane ola bilər. Mən də hesab etdim ki, bu məsələdə də nümunə göstərməliyəm. Ona görə də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında vəzifələrimdən istefa verdiyimə dair bəyanat səsləndirdim”, - deyə o bildirib.


A. Hacılı Publika.az-a müsahibəsində seçki kampaniyasını partlayışlı deyil, daha çox sadə şəkildə keçirməyə üstünük verəcəyini bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm